media-18d2f602-71a8-4e48-ab81-51408321bd0a

Bir çox insan aldığı gülün xatirəsini qorumaq üçün onu qurudub saxlayır. Amma həm xalq inanclarına görə, həm də enerji baxımından qurumuş gülləri evdə saxlamaq məsləhət görülmür.

Bəs səbəb nədir? Niyə qurumuş gülü evdə saxlamamalıyıq?

Patrul.az mövzu ilə bağlı araşdırma edib.

İnanca görə, gül həyatın, sevginin və canlı enerjinin simvoludur. Gül quruduqda, onun canlı enerjisi tükənir və mənfi enerji toplamağa başlayır. Belə güllər evin havasını “ağırlaşdırır”, xüsusilə də yataq otağında saxlanıldıqda, emosional gərginlik və halsızlıq yarada bilər.

Enerji baxımından, qurumuş çiçəklər artıq təbiətlə bağını itirdiyi üçün stagnasiya – yəni durğunluq enerjisi yaradır. Bu da evin içindəki axını, bolluğu və pozitivliyi zəiflədir.

Qurumuş güllər gözəl xatirə olduğu halda, ev enerjisinə düşmən kəsilə bilər. Həyat canlılıq istəyir — çiçəklər kimi.


Bənzər xəbərlər