media-9378a441-c7ed-4c05-af33-d44f937305ba

Qusar rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən “KIA” markalı, 90-NA-887 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, 34 yaşlı Təmkin Rəsulov saxlanılıb.

Patrul.az-ın əldə etdiyi məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində sürücü barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə T. Rəsulovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb, eyni zamanda o, 15 sutka inzibati qaydada həbs edilib.

media-d1e2a179-9f4c-4955-b7f6-52099a5c1fd1 media-69df9012-8f6f-4f63-abca-c1537ed0f005


Bənzər xəbərlər