media-inshot_20260213_163145606

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev ilə bağlı cinayət işi ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir.

İstintaq orqanları tərəfindən təqdim olunan materiallara əsasən, Ramiz Mehdiyevin hakimiyyətin zorla ələ keçirilməsinə və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş hərəkətlər etməsinə dair çoxsaylı faktiki sübutların toplanıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdim etdiyi məlumatlarda eks-məmurun cinayət yolu ilə əldə edildiyi 17 milyon manatdan artıq vəsaiti leqallaşdırdığı vurğulanır.

Qeyd olunmalıdır ki, Ramiz Mehdiyev və yaxın qohumları lüks avtomobillərdən ibarət geniş kolleksiyaları ilə də gündəmə gəlmişdilər. Müxtəlif mənbələrdə “boz kardinal”ın “BMW”, “Mercedes-Maybach”, “Rolls-Royce”, “Bentley”, “Bentayga” və s. markalı avtomobillərdən ibarət geniş kolleksiyasının olduğu bildirilirdi. Ramiz Mehdiyev və yaxınlarının avtomobil parkının toplam dəyərinin bir neçə milyon manat təşkil etdiyi iddia olunurdu.

İrəli sürülmüş ittihamlar məhkəmə qərarı ilə təsdiqlənərsə, Ramiz Mehdiyevin sərvəti, o cümlədən lüks avtomobil kolleksiyası müsadirə oluna bilərmi?

Patrul.az xəbər verir ki, məsələ ilə bağlı “modern.az”a açıqlama verən hüquqşünas Babək Həmidov bildirib ki, şəxsin əmlakının qanuni və ya qeyri-qanuni yolla əldə olunmasına dair yekun qərar məhkəmə tərəfindən verilir.

Onun sözlərinə görə, məhkəmə istintaqı zamanı şəxsin gəlirləri ilə əmlakı arasında uyğunsuzluq müəyyən edilərsə, həmin əmlakın müsadirəsi barədə qərar çıxarıla bilər.

Mövzu ilə bağlı Ramiz Mehdiyevin hüquqlarını dövlət təyinatı əsasında müdafiə edən vəkil Zaur Abıyev ilə əlaqə saxlamağa cəhd göstərdik. Amma, vəkil səhhətində yaranmış problemlə əlaqədar məsələ ilə bağlı açıqlama verə bilməyəcəyini deyib.

media-1770979445_2 media-1770979455_3 media-1770979430_4 media-1770979387_5 media-1770979465_7 media-1770979478_8 media-1770979413_9 media-1770979425_10 media-1770979441_11 media-1770979402_12 media-1770979400_13 media-1770979390_14 media-1770979397_15 media-1770979435_16 media-1770979487_17


Bənzər xəbərlər