media-inshot_20260508_180432378

Xəbər verdiyimiz kimi, Bakıda fəaliyyət göstərən apteklərin birində valideyn övladları üçün uşaq bezi alarkən xoşagəlməz halla qarşılaşıb. Belə ki, hər birinin qiyməti 13.50 AZN olan iki məhsul üçün ümumilikdə 27 AZN ödəniş etməli olduğu halda, müştərinin bank kartından 28 AZN tutulub. Hadisə paytaxtın Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən apteklərin birində qeydə alınıb. Bu barədə Patrul.az-a valideynin özü şikayətini bildirib.

Bəs bu cür hallarla rastlaşan vətəndaşlar nə etməlidir?

Məsələyə aydınlıq gətirmək üçün hüquqşünas Şamil Paşayev müraciət etdik.

Ekspert bildirdi ki, bu cür hallar birbaşa istehlakçı hüquqlarının pozulmasıdır:

“Alınan məhsulun rəf qiyməti ilə kassa çeki arasında uyğunsuzluq varsa, bu, İnzibati Xətalar Məcəlləsinə əsasən istehlakçı hüquqlarının pozulması hesab olunur”.

media-inshot_20260508_175543494

Hüquqşünas vətəndaşların belə vəziyyətlərdə hara müraciət etməli olduqlarını da vurğulayıb:

“Vətəndaşlar bu növ qanun pozuntuları ilə rastlaşdıqda, rəsmi qaydada Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ərizə ilə müraciət edə bilərlər”.

Məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qiymət manipulyasiyası və istehlakçı hüquqlarının pozulması hallarına nəzarəti həyata keçirir.

Vətəndaşlar bu istiqamətdə müraciətlərini aşağıdakı vasitələrlə edə bilərlər:

  • Çağrı Mərkəzi: 195-1 (İqtisadiyyat Nazirliyinin vahid qaynar xətti)
  • Onlayn müraciət: consumer.gov.az
  • Elektron poçt: [email protected]

Gülbəniz Səfərova


Bənzər xəbərlər