Roma tanrısı məbəddə gizlənmişdi – 1500 illik sirr açıldı
Romada qədim Roma dövrünə aid heykəl başı aşkar edilib.
Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, İtaliyanın paytaxtı Romada yerləşən Müqəddəs Stefan Bazilikasında aparılan arxeoloji qazıntılar zamanı gözlənilməz tapıntı aşkarlanıb. Kilsənin bünövrəsi içərisində qədim Roma dövrünə aid daş heykəl başı üzə çıxıb.
Mütəxəssislər hesab edir ki, bu kəşf eramızın IV-VI əsrlərində Romada tanrı fiqurlarından xristianlığa keçidin mədəni izlərini ortaya qoyur.
“Heykəlin qalın kir və məhlulla örtülmüş üz cizgiləri onun mifoloji və ya dini fiqur ola biləcəyini göstərir. Təmizləndikdən sonra üzərində yazı və ya simvol tapılacağına ümid edirik,” – deyə arxeoloqlar bildiriblər.
Qeyd edək ki, alimlər bu əsərin yaşı, mənşəyi və oyma texnikası ilə bağlı daha ətraflı məlumat əldə etməyə çalışacaqlar.
Gülbəniz Səfərova