Rusiyada 2025-ci ilin dördüncü hərbi təyyarə qəzaya uğradı
Rusiyanın Lipetsk vilayətində eniş zamanı MiQ-31 tipli səsdən sürətli qırıcı təyyarə qəzaya uğrayıb.
Patrulaz.az yerli KİV-ə istindla xəbər verir ki, qəza nəticəsində xəsarət alan 2 pilot xəstaxanaya yerləşdirilib, ekipaj üzvləri isə xilas edilib.
Məlumata görə, qəza zamanı təyyarənin şassi sistemi sıradan çıxıb. Təyyarənin özü isə meşəlik ərazidə yanaraq məhv olub.
Qeyd edək ki, bu, Rusiyanın 2025-ci ildə dördüncü döyüş aviasiyası itkisidir: mart ayında Su-25 (Primorye), apreldə Tu-22M3 (İrkutsk vilayəti), iyulda Su-34 (Nijni Novqorod vilayəti) və oktyabrda MiQ-31 (Lipetsk vilayəti).






