Rusiyada əsgər öz yoldaşlarını güllələdi
Rusiyanın Moskva şəhərində yerləşən hərbi hissədə çağırışçı əsgər digər əsgər yoldaşlarını güllələyib.
Patrulaz.az yerli KİV-ə istinadla xəbər verir ki, atəş nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Daha bir əsgər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hərbi hissədə baş verənləri yaralı əsgərlərdən biri anasına zəng edərək bildirib. Bundan sonra polis və təcili tibbi yardım maşınları hərbi hissəyə yolanıblar.
Qeyd edək ki, əsgərin yoldaşlarına hansı səbəbdən atəş açdığı məlum deyil.
Gülbəniz Səfərova






