media-inshot_20260504_103601126

Bu gün Rusiyadan Ermənistana göndərilən 10 vaqon gübrə Azərbaycan ərazisindən tranzit keçəcək.

Patrul.az xəbər verir ki, bu barədə informasiyanı “Azərbaycan Dəmir Yolları” QSC yayıb.

Bildirilib ki, vaqonların saat 15:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.

Xatırladaq ki, ötən gün də 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, yükün Azərbaycan ərazisindən tranzit qaydada Ermənistana göndərilməsi regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası baxımından diqqət çəkir.


Bənzər xəbərlər