media-inshot_20250822_214945972

Rusiya Ədliyyə Nazirliyi politoloq Sergey Markovu xarici agentlər siyahısına daxil edib.

Patrulaz.az xəbər verir ki, idarənin saytında yerləşdirilən məlumatda qeyd olunub:

“S. A. Markov müəyyən şəxslərə xarici agentlərin mesajlarının və materiallarının hazırlanması və yayılmasında, həmçinin Rusiya Federasiyasının ərazisində fəaliyyəti qeyri-qanuni hesab edilən xarici və beynəlxalq təşkilatların mesajlarının və materiallarının yayılmasında iştirak edib. Bundan başqa, o, xarici media və xarici agent tərəfindən təqdim olunan informasiya platformalarında respondent kimi çıxış edib. O, Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və siyasətləri ilə bağlı yalan məlumatlar yaymışdır”, – deyə məlumatda bildirilir.


Bənzər xəbərlər