media-inshot_20251225_222621636

“Bugün AZAL-a məxsus təyyarənin qəzaya uğramasından bir il keçir. Çox təəssüflər olsun ki, aradan keçən bir il ərzində Rusiya tərəfindən öz üzərinə götürdüyü öhdəliklərin tam şəkildə yerinə yetirilməməs ciddi sualların cavabsız qalmasına səbəb olub. Hadisədən dərhal sonra verilən vədlərin icrasız qalması yalnız ikitərəfli münasibətlər kontekstində deyil, eləcə də beynəlxalq hüquq və dövlətlərarası etimad prinsipləri nöqteyi-nəzərindən narahatedici tendensiya kimi qiymətləndirilməlidir”.

Bu fikirləri politoloq Aytən Qurbanova Patrul.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan üçün bu məsələ kifayət qədər mühüm xarakterə malikdir:

media-img-20251225-wa0092

“Çünki məsələ ölkəmizin milli maraqlarından, vətəndaşlarımızın həyat təhlükəsizliyindən və dövlətimizin beynəlxalq müstəvidə layiq olduğu ədalətli mövqedən gedir. Hadisənin şəffaf araşdırılmaması, məsul şəxslərin müəyyən olunmaması və konkret nəticələrin açıq şəkildə paylaşılmaması Rusiyanın öhdəliklərinə münasibətdə beynəlxalq hüquqa və ədalətə zidd yanaşma nümayiş etdirdiyini göstərir. Bu yanaşma regional etimad mühitinə də mənfi təsir göstərir. Azərbaycan post-münaqişə dövründə regional sabitlik və əməkdaşlıq xəttini prioritet kimi irəli sürür və təbii olaraq tərəfdaş ölkələrin də eyni məsuliyyət və səmimiyyətlə hərəkət etməsi zəruridir. Əks halda, verilən sözlərin yerinə yetirilməməsi siyasi münasibətlərin institusional əsaslarına zərbə vura bilər”.

“Nəticə etibarilə, AZAL təyyarəsinin vurulması ilə bağlı Rusiyanın öhdəliklərini icra etməməsi Azərbaycanın milli maraqları nöqteyi-nəzərindən qəbulolunan deyil. Azərbaycan dövləti bu məsələdə prinsipial mövqeyini qoruyaraq beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanan yanaşmanın təmin olunmasını haqlı olaraq tələb edir. Bu yalnız Azərbaycan üçün deyil, regionda etibarlı və proqnozlaşdırıla bilən münasibətlər sisteminin formalaşması üçün də vacib şərtdir”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər