Saatlıda 37 yaşlı şəxs 9 kiloqrama yaxın narkotiklə saxlanıldı - VİDEO
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 37 yaşlı Miriş Miriyev saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, ondan 9 kiloqrama yaxın narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






