Sabah hava necə olacaq?
Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyiyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Patrulaz.az-a verilən məlumata görə, aprelin 16-da aramsız güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşək və güclü küləklə müşahidə olunacağı gözlənilir. Gözlənilən intensiv və güclü yağışlar əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur. Prosesin aprel ayının 17-dək davam edəcəyi gözlənilir. Bölgələrdə də 14-dən 15-ə keçən gecədən başlayaraq ölkə ərazisində soyuq atmosfer cəbhəsinin keçməsi ilə əlaqədar hava şəraitinin qeyri-sabit, yağıntılı keçəcəyi gözlənilir. Aprelin 15-də bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, əsasən şimal və şərq rayonlarında güclü olacağı gözlənilir. Aprelin 16-da isə prosesin daha da kəskinləşəcəyi, leysan yağışı aramsız, əksər rayonlarda isə intensiv və güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşəklə müşahidə olunacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Aprelin 15-i və 16-da qərb küləyi 15-20, bəzi yerdə arabir 25-30 saniyədə güclənəcək. Aprelin 14-dən 15-ə keçən gecədən başlayaraq 17 dək gözlənilən proseslə əlaqədar transsərhəd və ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir.
Gülbəniz Səfərova