Sabahın hava proqnozu açıqlandı
Sabahın hava proqnozu açıqlanıb.
Patrulaz.az Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən xəbər verir ki, iyunun 8-də Azərbaycanda hava 33 dərəcəyə qədər isti olacaq.
Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, ara-sıra tutulacağı, əsasən isə yağıntısız keçəcəyi gözlənilir. Bununla belə, iyunun 7-dən 8-nə keçən gecə və səhər saatlarında bəzi yerlərdə qısa müddətli yağış yağması və şimşək çaxması ehtimal edilir. Şimal-qərb istiqamətli mülayim külək əsəcək.
Paytaxtda gecə saatlarında temperatur 18-21° isti, gündüz isə 26-31° isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz isə 40-50 % civarında dəyişəcək.
Ölkənin digər bölgələrində də hava əsasən yağıntısız keçəcək. Yalnız dağlıq ərazilərdə qısamüddətli yağış, şimşək və dolu ehtimal olunur. Gecə və səhər dağlıq rayonlarda zəif duman müşahidə edilə bilər. Külək əsasən şərq istiqamətində əsəcək.
Rayonlarda gecə 16-20° isti, gündüz isə 28-33° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 5-10°, gündüz isə 15-20° isti proqnozlaşdırılır.






