Sakinlər avtoxuliqanlıq edən bu sürücü barəsində tədbir görülməsini xahiş edirlər - VİDEO
Füzuli rayonu, Qayıdış qəsəbəsi, 10 küçəsində “10-KT-252” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtoxuliqanlıqla məşğul olur.
Sakinlər Patrulaz.az-a bildirib ki, həmin nəqliyyat vasitəsi yüksək sürətlə hərəkət edir, təhlükəli manevrlər edir və insanların həyatına təhlükə yaradır. Ərazi sakinləri dəfələrlə bu barədə narazılıqlarını bildiriblər və aidiyyəti qurumların məsələyə müdaxilə etməsini xahiş edirlər. Onlar sürücünün hərəkətlərinin həm piyadalar, həm də digər sürücülər üçün ciddi təhlükə yaratdığını qeyd edirlər.