media-c50a2fa4-6b2b-4375-a936-543ecf1c8e25

Bakının 7-ci mikrorayon ərazisində, Fərman Məlikov 2B ünvanında uzun illərdir tərk edilmiş avtomobil antisanitar vəziyyət yaradır.
Sakinlər Patrulaz.az-müraciət edərək bildiriblərki, burada illər əvvəl qalmış köhnə “Moskviç” avtomobili artıq istifadəyə yararsız hala düşüb və ətrafı zibilliyə çevirib. Ən təhlükəlisi isə odur ki, avtomobilin paslanmış metal hissələri və sınıq şüşələri uşaqlar üçün ciddi təhlükə yaradır. Sakinlər dəfələrlə bu problemin həll olunmasını tələb etsələr də, adiyyatı qurumlar tərəfindən heç bir tədbir görülməyib.
Ərazidə yaşayanlar problemin bir an əvvəl həll olunmasını və uşaqların sağlamlığı üçün təhlükə və bakteriya mənbəyi olan bu metal tullantısının yığışdırılmasını xahiş edirlər.


Bənzər xəbərlər