media-inshot_20251103_201521839

Hər gün tıxacların yaşandığı və nəqliyyat axının sıx olduğu 20 Yanvar dairəsində sarı kəsişmə toru çəkilib. Bu ərazidə, xüsusən də pik saatlarda, avtomobillərin hərəkəti demək olar ki, mümkünsüz olur. Nəqliyyat vasitələrinin sıx olduğu paytaxtın bəzi ərazilərində də sarı kəsişmə toru çəkilib. 

Bəs bu torun əsas mahiyyəti nədir?

Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Patrulaz.az-a açıqlamasında bildirib ki,sarı tor nəqliyyatın hərəkətini tənzimləmək və tıxacın qarşısını almaq məqsədi daşıyır:

“Bildiyimiz kimi, 20 Yanvar metro stansiyasının özündə çəkilmiş sarı torun mahiyyəti ümumi hərəkət iştirakçılarına aid etmək üçündür. Yəni, işıqforun qırmızı işığında dayanmış və ya yaşıl işığında keçmək istəyən nəqliyyat vasitələrinə hər hansı problem yaranmaması istənilir. Qanun buna məcbur edəcək.

Bugün bildiyimiz kimi, işıqfora yaxınlaşan sürücülər çox zaman keçmək istəyir və məcbur dayanmaq istəmirlər. Hərəkət üstünlüyünə malik olmağa çalışırlar. Əslində bu düzgün yanaşma deyil, çünki ümumi hərəkət iştirakçılarına problem yarada bilər”.

media-inshot_20251103_201035256

Ekspert vurğulayıb ki, sarı tor sürücülərə dayanma qaydalarına düzgün riayət etməyi xatırladır:

“Digər bir məsələ isə odur ki, işıqfora daxil olacaq və daxil olunma anında hər hansı bir nəqliyyat vasitəsinə bir xəbərdarlıq olacaq ki, qarşıda tıxac olacaq həmin tor ərazisində dayanma ən azı digər yaşıl işıqda keçəcək hərəkət iştirakçılarına mane olmayasan. Sarı torun çəkilmə mahiyyəti əsas bu kimi hallara xidmət edecək”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər