media-58aebfca-c802-4454-abe5-d88db283a2eb

Son günlərdə sosial mediada geniş yayılan bir hadisə hər kəsi şoka saldı. Özlərini kosmetoloq kimi təqdim edən Bəhruz Mahmudov və Lamiyyə Mahmudzadə bir pasyentin həyatını kabusa çevirdilər.

Patrulaz.az-ın məlumatına görə, gözəllik arzusuyla onlara müraciət edən gənc qadın, prosedurdan sonra üzü tanınmaz hala gəldi. Təsəvvür edin ki, gözəlləşmək üçün getdiyiniz yerdən üzünüzdə ağır deformasiyalarla qayıdırsınız!

Araşdırmalar zamanı məlum oldu ki, Bəhruz Mahmudov və Lamiyyə Mahmudzadənin nə tibbi təhsili, nə də lazımi sertifikatları var. Onlar internetdən əldə etdikləri məlumatlarla insanların sağlamlığı ilə oynayır, daha çox qazanc əldə etmək üçün təhlükəli prosedurlar icra edirlər.

Mütəxəssislər xəbərdarlıq edir: kosmetoloji prosedurlara müraciət etmədən öncə mütləq həkimin təhsilinə, sertifikatlarına və peşəkarlığına əmin olun. Gözəllik, yalnız xarici görünüşlə məhdudlaşmır, o həm də sağlamlıqla bağlıdır!

Bu cür hadisələrin qarşısını almaq üçün maariflənməli, yalnız peşəkar və etibarlı mütəxəssislərə güvənməliyik. Sizin sağlamlığınız, sizin ən böyük sərvətinizdir.


Bənzər xəbərlər