Səbail rayonunda tikilən bu təhlükəli tikinti aşsa, məsuliyyəti kim daşıyacaq? – VİDEO
Səbail rayonunun 20-ci sahə, Oktay Dadaşdəmirov küçəsi 64 ünvanında yaşayan şəxs qonşularına ciddi çətinliklər yaradır.
Sakinlərin Patrulaz.az-a bildirdiyinə görə, həmin şəxs dəfələrlə qanunsuz hərəkətlərə yol verib. Belə ki, gah yola daş tökərək inşaat işləri aparacağını iddia edib, gah da ərazidəki ağacları kəsib ki, inşa edəcəyi tikiliyə yer açılsın. Son olaraq, həmin şəxs təhlükəli və keyfiyyətsiz tikinti işləri aparmağa başlayıb. Qonşular bu vəziyyətə etiraz edərək tikilinin güclü külək zamanı aşma ehtimalının yüksək olduğunu vurğulayıblar. Lakin sakinlərin narazılığına baxmayaraq, tikinti davam etdirilir. Şikayətçilərin sözlərinə görə, onlar narahatlıqlarını ifadə etdikdə həmin şəxs evlərinə hücum edir, daşlayır və müxtəlif vəzifəli şəxslərin adlarını çəkərək onları hədələyir.
Bu hal ərazidə yaşayanları ciddi narahat edir və təhlükə yaradır. Sakinlər bu məsələyə müdaxilə edilməsini, təhlükəli tikintinin qarşısının alınmasını və onlara qarşı edilən zorakılığa son verilməsini xahiş edirlər.