media-inshot_20260217_140035400

Bakı şəhəri, Səbail rayonu Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğınla bağlı rəsmi məlumat açıqlanıb.

Patrul.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, binanın taxta arakəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirib.

Buna baxmayaraq, yanğından mühafizə bölmələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində alov qısa müddətdə nəzarət altına alınıb.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri davam etdirilir.


Bənzər xəbərlər