Səbaildə baş verən yanğında 63 yaşlı qadın ağır xəsarət alıb
Bakı şəhəri, Səbail rayonu, Lev Tolstoy küçəsi 7 ünvanında baş verən yanğın nəticəsində 63 yaşlı qadın ağır xəsarət alıb.
Patrul.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat verib.
Bildirilib ki, hadisə yerinə beş təcili tibbi yardım briqadası cəlb olunub.
Yanğın zamanı bədənin müxtəlif nahiyələrində II–III dərəcəli termiki yanıq xəsarətləri alan qadın ilkin tibbi yardımdan sonra Nərimanov Tibb Mərkəzi Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti həkimlərin nəzarəti altındadır.






