media-r7gg0ncgkrkrymuq34z4zj49nwygyep48durhtoj_1200

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Patrul.az “Report.az”a istinadən xəbər verir ki, VAZ-21015” markalı avtomobillə “NAZ-Lifan” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəzada 2009-cu il təvəllüdlü Abbasov Namiq Qılman oğlu, 2003-cü il təvəllüdlü Hacıyev Elnur Çingiz oğlu və 2010-cu il təvəllüdlü Ələkbərov Amin Təbriz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılaraq müalicəyə cəlb ediliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

media-xioxjp5yyh8spfa2cvavctghsuxiyx4ynswx1vms_450 media-fb4nck53vorpmtmeci2acsu5mgsqvjq5undagmdw_450

Bənzər xəbərlər