media-whatsapp-image-2026-06-28-at-17-52-14

Lerikdə bir ailənin üç üzvü, habelə daha bir nəfər yol qəzasında xəsarət alıb.

Patrul.az “Report”un Cənub bürosuna istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunda baş verib.

Belə ki, Astara rayon sakini, 1989-cu il təvəllüdlü Elnur İbrahim oğlu Qurbanlının idarə etdiyi “Opel” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü, həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aidə Mərhəmət qızı Qurbanlı, 5 yaşlı övladları N.Qurbanlı, eləcə də 1989-cu il təvəllüdlü Rəvanə Baba qızı Əliyeva xəsarət alıblar.

Yaralılar ətrafdakıların köməyi ilə nəqliyyat vasitəsindən çıxarılaraq xəstəxanaya çatıdırlıblar.

Faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər