Günəşlidə yük avtomobilləri təhlükəli vəziyyətdə qaldı - VİDEO
Günəşli qəsəbəsində yerləşən köhnə kərpic zavodunun ərazisində yük avtomobilləri qəzalı vəziyyətə düşüb.
Patrul.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdən “Shacman” markalı yük avtomobillərinin arxa hissəsi torpaq sahəsindəki çökəkliyə düşdüyü görülür. İlkin ehtimala görə, hadisə sürücülərin yükün boşaldılması zamanı avtomobilləri həddindən artıq arxaya verdiklərindən baş verib.
Nəticədə yük avtomobili təhlükəli vəziyyətdə qalıb.
Günay Salayeva






