media-img_8740

Patrul.az redaksiyasına videogörüntü göndərərək müraciət edən vətəndaş Bakı şəhəri, Cavadxan küçəsi 30 ünvanında qeydə alınan yol hərəkəti qayda pozuntusu ilə bağlı narazılığını bildirib.

Göndərilən görüntülərdən görünür ki, 77-GM-152 dövlət qeydiyyat nişanlı “Lexus” markalı nəqliyyat vasitəsinin sürücüsü avtomobili piyada səkisinin üzərinə çıxararaq park edib. Nəticədə piyadaların hərəkəti məhdudlaşdırılıb və insanlar səkidən istifadə etməkdə çətinlik çəkiblər.

Məsələnin digər diqqətçəkən tərəfi isə nəqliyyat vasitəsinin yaşıllıq əraziyə daxil olmasıdır. Görüntülərdən aydın olur ki, avtomobil park edilərkən yaşıllıq sahəsinə də zərər dəyib. Bu cür hallar təkcə yol hərəkəti qaydalarının pozulması deyil, həm də şəhər mühitinə və ekoloji tarazlığa qarşı məsuliyyətsiz münasibət kimi qiymətləndirilir.

Qeyd edək ki, səkilər piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub və sürücülərin həmin ərazilərdə avtomobil saxlaması qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda, yaşıllıq sahələrinin qorunması hər bir vətəndaşın borcu hesab olunur.

Ümid edirik ki, aidiyyəti qurumlar təqdim olunan görüntüləri araşdıraraq məsələyə hüquqi qiymət verəcək və bu kimi halların təkrarlanmaması üçün zəruri tədbirlər görüləcək.


Bənzər xəbərlər