media-3dzt6rxkxhseduaqc3f2nzpoh5aaljdf42tpv4om_640

Sumqayıtda qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib.

Patrul.az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Changan 07” markalı minik avtomobili naməlum səbəbdən sürücünün idarəetməsindən çıxaraq yol kənarında fəaliyyət göstərən restoranın binasına çırpılıb.

Qəza nəticəsində obyektə və nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə aidiyyəti qurumların əməkdaşları göndərilib.

Hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır, qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.


Bənzər xəbərlər