media-img-20260604-wa0087

Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Günü ərəfəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) tabeliyində fəaliyyət göstərən “SEDAM” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) inzibati binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Patrul.az xəbər verir ki, tədbirdə ADSEA-nın sədri Zaur Mikayılov, Agentliyin məsul əməkdaşları, Xidmətin rəhbər heyəti və struktur bölmə rəhbərləri, həmçinin “SEDAM” MMC-nin kollektivi iştirak edib.

Mərasimdə əməkdaşların fəaliyyətinin daha səmərəli təşkili və iş proseslərinin effektivliyinin artırılması məqsədilə müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən inzibati bina ilə tanışlıq olub. Daha sonra Xidmətin son bir il ərzindəki fəaliyyətinə dair hesabatı dinlənilib.

Hesabat dövründə regionlardakı inzibati binalarda təmir işlərinin aparıldığı, ölkə üzrə rejim-müşahidə quyuları ilə hidroloji məntəqələrin bərpa edildiyi və yenilərinin quraşdırılmasına başlanıldığı diqqətə çatdırılıb.

Eyni zamanda, yeni xüsusi təyinatlı nəqliyyat vasitələrinin alındığı, köhnə avtomobillərin isə təmir edilərək istismara yararlı vəziyyətə gətirildiyi bildirilib.

Tədbir çərçivəsində su və su təsərrüfatı obyektləri üzrə monitorinqlərin operativ aparılması, məlumatların vahid platformada toplanması və təhlili məqsədilə yaradılmış “Monitorinqlərin Elektron İdarəetmə Sistemi” (MEİS) təqdim olunub. Qeyd edilib ki, bu sistem vasitəsilə çaylar, göllər, su anbarları, hidrotexniki qurğular və suvarma şəbəkələri üzrə monitorinqlər planlı şəkildə idarə ediləcək.

Bununla yanaşı, iştirakçılara “Cərimə Protokollarının İdarəetmə Sistemi” (CPİS) modulu da təqdim edilib. Bu modul ciddi hesabat blanklarının dövriyyəsinə nəzarəti gücləndirməklə yanaşı, tərtib edilmiş aktlar, protokollar, cərimələr, ziyan məbləğləri və ödənişlərə dair məlumatlara rəhbərlik tərəfindən operativ baxışı təmin edəcək. Nəzarət tədbirlərinin şəffaf həyata keçirilməsi məqsədilə aidiyyəti əməkdaşlar yaxa kameraları ilə təmin olunublar.

İclasın sonunda rəqəmsal həllərin məlumatların elektron arxivləşdirilməsinə və idarəetmənin təkmilləşdirilməsinə mühüm töhfə verəcəyi vurğulanaraq hesabat qəbul edilib.

media-img-20260604-wa0085media-img-20260604-wa0071


Bənzər xəbərlər