"Sədərək"dəki yanğın hələ də davam edir - VİDEO
“Sədərək” Ticarət Mərkəzində bu gün günorta saatlarında başlayan yanğın hələ də nəzarətə götürülməyib.
Patrulaz.az xəbər verir ki, hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlardan yanğının davam etdiyi aydın görünür.
Xatırladaq ki, bir neçə saat öncə Fövqəladə Hallar Nazirliyi yanğının söndürülməsi və alovun yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması üçün zəruri tədbirlərin görüldüyünü açıqlamışdı.
Yanğının tam söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi texnikası və təxminən 140 nəfərlik şəxsi heyəti cəlb olunub.






