Sədərək T/M rəhbəri Yusif Qədimbəylinin hovuz tikdirdiyi, lakin pulunu ödəmədiyi İDDİA OLUNUR
Sədərək Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəylinin özünə dəbdəbəli hovuz tikdirdiyi, lakin görülən işin pulunu ödəmədiyi iddia olunur.
Bu barədə Patrul.az saytına müraciət edən hovuz tikintisi üzrə layihə rəhbəri Bəhruz Gözəlov məlumat verib.
Layihə rəhbərinin sözlərinə görə, ötən ilin dekabr ayında tikilərək hazır vəziyyətə gətirilən hovuz sifarişçiyə təhvil verilsə də, 20 800 manat məbləğində ödənişi hələ də ala bilməyib.
Məsələ ilə bağlı tikintiyə nəzarət edən Bəhlul Tağıyev ilə əlaqə saxladıq. O isə bildirdi ki, bu barədə suallarımıza yalnız hüquqşünas cavab verə bilər. Hüquqşünas isə zəngimizə cavab vermədi.
Daha ətraflı video süjetdə:






