Sədərək Ticarət Mərkəzində müştəri satıcının telefonunu oğurladı – ANBAAN GÖRÜNTÜLƏR
Bakının ən böyük ticarət mərkəzlərindən biri olan “Sədərək Ticarət Mərkəzi”ndə oğurluq hadisəsi baş verib.
Belə ki, 20 fevral 2025-ci il, saat 13:30 radələrində avtomobil aksessuar və ehtiyat hissələri mağazasına müştəri kimi daxil olan naməlum şəxs, satıcının diqqətsizliyindən istifadə edərək oğurluq edib.
Patrulaz.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs mağazaya daxil olduqdan sonra kassanın qarşısında qoyulmuş telefonu gözdən keçirib. Modeli bəyəndikdən sonra telefonu cibinə qoyaraq mağazanı tərk edib. Hadisə zamanı kassa tərəfdə başqa müştərilərin olmadığı bildirilir. Mağaza sahibi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.