Səhiyyə Nazirliyi: "Hamiləlik üçün ideal dövr 18-35 yaşdır"
Rusiya Səhiyyə Nazirliyi uşağı ola biləcək kişilər və qadınların müayinəsi ilə bağlı yeni metodik tövsiyələr yayıb.
Patrul.az xəbər verir ki, qəbul edilən sənəd hamiləlik və uşaq dünyaya gətirmək üçün ən uyğun dövr barədə məlumatı əhatə edir. Tövsiyələrə görə, gizli xroniki ginekoloji xəstəlikləri və risk faktorları olmayan qadınlara sağlam həyat tərzi və ailə planlaşdırılması ilə bağlı məsləhətlər verilməlidir. Qadınlara hamiləlik və uşaq doğmaq üçün optimal yaşın 18–35 olduğu barədə məlumat verilib.
Hamiləlik üçün hazırlıq dövründə balanslı qidalanma vacib hesab olunur. Fol turşusu, dəmir, yod, maqnezium, həmçinin B6, B12, D3 və E vitaminlərinin qəbulu xüsusi əhəmiyyət kəsb edir.
Fiziki fəaliyyət və düzgün yuxu rejimi də önəm daşıyır. Siqaret çəkmək sonsuzluq riskini artırır, yüksək dozalarda spirtli içki qəbulu hamiləlik problemləri ehtimalını yüksəldir, kofein isə hamilə qalma şansını azaldır.
Həmçinin, müntəzəm tibbi müayinələr və dispanserizasiyanın əhəmiyyəti də vurğulanır.
Aynur Nadirqızı






