media-cfc75ab3-9fc7-424a-889c-ec9def9cdb32

Patrul.az redaksiyasına müraciət edən vətəndaşın sözlərinə görə, 16 fevral tarixində saat 10:40 radələrində paytaxtın Xan Şuşinski küçəsi 45 ünvanında kobud yol hərəkəti qaydası pozuntusu qeydə alınıb.

Bildirilib ki, 99-TM-562 dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini birbaşa səkidə saxlayıb. Nəticədə piyadaların hərəkəti tamamilə məhdudlaşıb.

Vətəndaşların sözlərinə görə, yaranmış vəziyyət səbəbindən insanlar məcbur qalaraq yolun hərəkət hissəsinə çıxıblar. Bu isə onların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.

Qeyd edək ki, səki avtomobillərin park edilməsi üçün deyil, piyadaların təhlükəsiz və rahat hərəkəti üçün nəzərdə tutulub. Lakin bəzi sürücülər tərəfindən bu qaydalara əməl olunmaması narazılıq doğurur.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

media-89ff4e0c-a3a9-4f20-97d3-e24e311fc602


Bənzər xəbərlər