Şəkidə ağır qəza: 3 nəfər həlak oldu
Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Patrulaz.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində olub.
Belə ki, “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.






