media-inshot_20260219_165100335

Sərnişini təhqir edən “Bolt” şirkətinin sürücüsünün fəaliyyəti dondurulub.

Patrul.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, sürücünün taksi fəaliyyəti ilə yanaşı, avtomobili də bloklanıb.

Xatırladaq ki, “Bolt” şirkəti vasitəsilə taksi sifariş edən vətəndaşlardan biri 77-UK-767 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün iş saatının bitdiyini əsas gətirərək sifarişin ləğv edilməsini xahiş etdiyini bildirib. Sərnişin isə cavab olaraq sifarişin sürücü tərəfindən ləğv olunmalı olduğunu qeyd edib. Bundan sonra sürücü sərnişinə qarşı etikadan kənar ifadələr işlədib.

 

Gülbəniz Səfərova


Bənzər xəbərlər