media-ee562491-291e-4457-981f-310051bdaeb4

Fevralın 15-də saat 18:13 radələrində Quba rayonunun Diqah kəndində ciddi təhlükə yaradan qayda pozuntusu baş verib.
Vətəndaşın Patrulaz.az-a göndərdiyi videogörüntüdə “99-HT-300” dövlət qeydiyyat nişanlı “Chevrolet Camaro” markalı avtomobilin sürücüsü əks yola çıxaraq digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb. Sürətli və məsuliyyətsiz idarəetmə nəticəsində yolda hərəkət edən digər avtomobilin sürücüsü və nəqliyyat vasitəsində olan dörd nəfər sərnişin həyacanlı anlar yaşayıb.Vətəndaşlar kobud qayda pozuntusu ilə bağlı qanunamüvafiq tədbir görülməsini xahiş edir.


Bənzər xəbərlər