media-screenshot-2025-06-07-alle-01-22-31-768x517

Sosial şəbəkələrdə məşhur TikToker Khaby Lamein ABŞ-də saxlanıldığı iddia olunur.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, iddialara görə, pandemiya dövründə səssiz TikTok videoları ilə məşhurlaşan bloger Khaby Lame viza müddətini uzatmadığı və vergilərdən yayınması səbəbilə Las-Veqasda saxlanılıb.

İlk məlumat mühafizəkar fəal Bo Loudon tərəfindən X platformasında paylaşılıb. O, Lamein saxlanıldığını iddia edən təcridxana skrinşotunu da əlavə edib.

Lakin 7 iyuna olan məlumata görə, nə ABŞ İmmiqrasiya Xidməti (ICE), nə də Khaby Lamein komandası bu xəbəri təsdiqləməyib.

Çikaqodan olan TikTok istifadəçisi Zoe xəbərlə bağlı bu ifadələri işlədib: “Onun sakit yumoru bizi birləşdirirdi. Bu xəbər şok edicidir”.

Qeyd edək ki, Khaby Lame Seneqal əsilli İtalyan internet ulduzudur. Pandemiya dövründə absurd “həyat hiylələri”nə səssiz və zarafatcıl videoları ilə məşhurlaşıb. TikTok-da 162 milyon izləyicisi var. O, Forbes və Fortune siyahılarına düşüb, Met Gala-da iştirak edərək, UNICEF-in xoşməramlı səfiri seçilib.


Bənzər xəbərlər