media-inshot_20260210_102601235

ABŞ-nin Arizona ştatında qeyri-adi həbs yaşanıb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Arizona sakini Jaklin Kler Ades tanışlıq saytında tanış olduğu kişi ilə cəmi bir dəfə görüşdükdən sonra ona 159 mindən çox mesaj və təhdid göndərib. Bu səbəbdən qadın saxlanılaraq həbs edilib.

Məlumata görə, hüquq-mühafizə orqanları ilkin mərhələdə mesajların sayının 65 min olduğunu bildirsə də, sonradan açıqlanan polis sənədləri real rəqəmin 159 mindən artıq olduğunu üzə çıxarıb.

Qeyd edək ki, Jaklin Kler Ades həmin şəxsin evinə qanunsuz daxil olma və təqib ittihamları ilə həbs edilib. O, 2018-ci ildə təhdid etdiyi şəxsin evində çimərkən polis tərəfindən yaxalanıb.

Bildirilib ki, hadisə 2017-ci ildə baş verib. Lakin məhkəmə hadisə ilə bağlı təfərrüatları indi yayır.

Məhkəmə sənədlərinə görə, Ades göndərdiyi mesajlarda dəhşətli ifadələrə yer verib. O, mesajlarında:

“Mən beyin qişasını, kəllənin yuxarı hissəsini, əlləri və ayaqları taxardım”, “Onların böyrəklərindən suşi, əl sümüklərindən isə çubuqlar hazırlayardım”, – kimi qorxuducu fikirlər səsləndirib.

Həbsxanadan verdiyi müsahibədə Ades həmin şəxs barədə “ruh yoldaşımı tapdım” da deyib.

Gənc qadın ona qarşı irəli sürülən təqib, təhdid, təcavüz və əraziyə qanunsuz daxil olma ittihamları üzrə özünü təqsirli bilmədiyini bildirib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər