media-inshot_20251015_184601793

İtaliyanın baş naziri Giorgia Meloni siqaret çəkmə vərdişi ilə bağlı maraqlı açıqlama verib.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Meloni Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində dünya liderləri ilə zarafatlaşarkən vərdişindən heç vaxt vaz keçə bilməyəcəyini etiraf edib.

O daha sonra zarafat edərək liderlərə bunu deyib: “Siqareti atmağa məcbur edilsəm, “kimisə öldürərəm deyə zarafat edib”.

Xatırladaq ki, oktyabrın 13-də Yaxın Şərq Sülh Sammitində Türkiyə Prezidenti Ərdoğan Meloniylə görüşərkən “Möhtəşəm görünürsünüz. Amma sizi siqareti tərgitməyi məcbur etməliyəm” deyərək, siqareti atmağı tövsiyyə etmişdi.

Ərdoğanın zarafatı Britaniyanın baş naziri Sir Keir Starmer və onunla birlikdə olan Fransa prezidenti Emmanuel Makronun gülüşünə səbəb olmuşdu. Buna cavab olaraq da Meloni “Bilirəm, bilirəm, bu mümkün deyil” deyərək, cavab verib.

Qeyd edək ki, Meloni 13 il əvvəl siqareti tərgitmiş, lakin sonradan yenidən çəkməyə başladığını açıqlayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər