“Sizə gözəlsiniz desəm, inciməzsiniz, çünki həqiqətən gözəlsiniz” – Trampdan Meloniyə kompliment
ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı keçirilən Sülh Sammitində çıxışı zamanı İtaliyanın Baş Naziri Giorgia Meloniyə ünvanladığı sözlərlə diqqət çəkib.
Patrulaz.az xəbər verir ki, Tramp çıxış zamanı Meloniyə müraciət edərək onun gözəlliyini vurğulayıb:
“ABŞ-də bir qadına onun gözəl olduğunu söyləsəniz, siyasi karyeranız bitə bilər, amma mən riskə gedəcəyəm. Sizə ‘gözəlsiniz’ desəm, inciməzsiniz, elə deyilmi? Çünki həqiqətən gözəlsiniz”, -deyə ABŞ lideri söyləyib.
Meloni isə təvazökarlıq əlaməti olaraq Trampın sözlərini gülərüzlə qarşılayıb.
Prezident həmçinin sammitdə digər liderlərə də müraciət edərək üstüörtülü şəkildə bəzi şəxsləri bəyənmədiyini bildirib:
“Xoşuma gəlməyən bir-iki insan var, amma kim olduğunu deməyəcəyəm. Onların kim olduğunu heç vaxt bilməyəcəksiniz. Və ya bəlkə də biləcəksiniz”, – deyə Tramp əlavə edib.






