Skuterlər piyadaların hərəkətini iflic edib - VİDEO
Redaksiyamıza videogörüntü göndərən izləyicimiz bildirir ki, Bakı şəhərinin Mirzəağa Əliyev küçəsində elektrik skuterləri səkini tam zəbt edib.
Patrul.az xəbər verir ki, nəticədə piyadalar hərəkətlərini normal şəkildə davam etdirə bilmirlər.
Görüntülərdən aydın olur ki, piyadalar yollarına davam etmək üçün ya avtomobil yoluna çıxmalı, ya da palçıq və yaşıllıq hissə ilə hərəkət edərək yaşıllığı əzməyə məcbur qalırlar. Bu vəziyyət xüsusilə yaşlılar, uşaqlar və əlilliyi olan şəxslər üçün ciddi təhlükə yaradır.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini və səkilərin piyadalar üçün nəzərdə tutulmuş istifadəyə qaytarılmasını xahiş edirlər.






