media-inshot_20260406_175354892

Bir müddətdir ki, sosial şəbəkələrdə mollalıq və dini biliklərin çatdırılması məsələsi geniş müzakirə mövzusuna çevrilib. Bəzi şəxslər “Tiktok”da canlı yayım açaraq mollalıq edir, cəmiyyətə dini biliklər ötürməyə çalışırlar. Bəs xalqın dini biliklərə ehtiyacını bu üsulla qarşılamaq nə qədər doğrudur? Sosial şəbəkədə mollalıq etmək günahdırmı?

Patrul.az mövzu ilə bağlı olaraq ilahiyyatçı Tural İrfanın fikirlərini öyrənib:

O vurğulayıb ki, din rəsmi din xadimləri və ictimai fəaliyyəti qanunla tənzimlənən aidiyyəti şəxslər, ilahiyyatçılar tərəfindən təbliğ olunur:

“Sosial şəbəkələrdə yaxud münasib olmayan məkanlarda qanunsuz dini fəaliyyətlə məşğul olmaq məsuliyyət yaradır və dinin, mənəvi dəyərlərin təhrif olunmasına gətirib çıxarır. Ümumiyyətlə dinin mahiyyətində mollalıq vəzifəsi yoxdur. Bu, sonradan dini ticarətə çevirən istismarçı ruhani təbəqənin yaranması nəticəsində ortaya çıxıb və peşəyə, qazanc mənbəyinə çevrilib. Hər halda ənənəyə uyğun olaraq ölkəmizdə də rəsmi din xadimləri təyin olunur və yalnız onların din xadimi kimi fəaliyyəti qanuni sayılır. Cəmiyyətə dini biliklər Azərbaycan İlahiyyat İnstitutunda tədris nəticəsində təhsil verilən tələbə və məzunlar, habelə rəsmi din xadimləri tərəfindən aidiyyəti üzrə verilir. Sosial şəbəkələrdə fəaliyyət göstərən, din adı ilə yanlış təbliğat aparanların çoxu ya xarici təsirlərə düşmüş fanatlar ya da dini ticarətə çevirən dindar maskası geymiş dələduzlardır”.

media-img-20260406-wa0036

İlahiyyatçı əlavə edib ki, xalqın dini biliklərə olan ehtiyacını aidiyyəti qurumlar, rəsmi din xadimləri doğru şəkildə qarşılamalıdır:

“Din xadimlərinin sosial şəbəkələrdə aktiv olmaması, şablon fəaliyyətlə məşğul olmaları belə vəziyyət yaradır. Din xadimləri orta əsrlərdəki metodlara üstünlük verirlər. Məscid, xütbə, moizə, rəvayət… Müasirlik isə başqa vasitələrlə təbliğatı tələb edir”.

Ləman Sərraf


Bənzər xəbərlər