Stəkanla döyülən qadın məhkəmədə ərini bağışladı
Bakının Xəzər rayonunda 41 yaşlı kişi arvadını döyüb.
Patrul.az xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. 1985-ci il təvəllüdlü Əfqan ailə münaqişəsi zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Zümrüd (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı o, arvadının kürək nahiyəsinə stəkanla vurub, yumruq ilə bel və üz nahiyəsinə şillə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Xəzər Rayon Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş təqsirləndirilən şəxs ilə barışıb, zərərçəkmişə dəymiş ziyan tamamilə ödənilib. Zərərçəkən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.
Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində cinayət təqibinə xitam verilib. (Demokrat.az)






