Sudanda bazara dronla hücum: 28 nəfər həlak oldu
Sudanın Kordofan bölgəsində insanların sıx toplaşdığı bazara dronlarla zərbələr endirilib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 28 həlak olub, onlarla insan isə yaralanıb. Ölənlər arasında uşaqların da olduğu bildirilib.
Məlumata görə, bazar mülki əhali ilə dolu olduğu vaxtda hədəfə alınıb. Hadisə yerində dağıntılar qeydə alınıb.
Bu hadisə Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələrinin (RSF) arasında döyüşlərin davam etdiyi Kordofan və Darfur bölgələrində dron hücumlarının intensivləşdiyi dövrə təsadüf edir.
Qeyd edək ki, BMT-nin İnsan Hüquqları İdarəsi daha əvvəl – 2025-ci ilin oktyabrında RSF-nin Əl-Faşer şəhərinə hücumu zamanı 6 mindən çox mülki şəxsin öldürüldüyünü açıqlamışdı.







