Sumqayıtda Şəhid bulağının qarşısında böyük asfalt çökməsi baş verib - VİDEO
Hazırda Sumqayıt şəhəri Səməd Vurğun adına küçədə, Şəhid bulağının qarşısında böyük torpaq çöküntüsü yaranıb.
Patrul.az-ın məlumatına görə, çöküntü səbəbindən insanların gediş-gəliş yolu bağlanıb və ərazi sakinləri ciddi çətinlik yaşayır.
Sakinlərin sözlərinə görə, artıq bir neçə gündür problem bu vəziyyətdə qalır. Buna baxmayaraq, aidiyyəti qurumlar və icra nümayəndəliyi tərəfindən hələ də heç bir tədbir görülməyib, əraziyə maraqlanan olmayıb.
Ərazidə vəziyyət təhlükəli olaraq qalır və sakinlər problemin təcili həllini xahiş edirlər.






