media-inshot_20251017_131408562

Bakı şəhəri Suraxanı rayonunda avtomobil oğurluğu hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən Patrulaz.az-a verilən məlumata görə, Suraxanı rayon sakini polisə müraciət edərək ona məxsus “MG” markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən V. Cəbiyev müəyyən edilərək saxlanılıb.

Avtomobil sahibinə qaytarılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Bənzər xəbərlər