media-inshot_20251021_154310398

21 oktyabr saat 23:00-dan etibarən Bakı şəhəri, Səbail rayonu ərazisində – Neftçilər prospektinin Azadlıq meydanının qarşısından keçən hissəsində təmir işlərinə başlanılacaq. Bu səbəbdən, prospektin sözügedən hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq və nəqliyyat Azadlıq meydanı ərazisindən təmin ediləcək.

Patrulaz.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Təmir işlərinin başa çatacağı tarix barədə əlavə məlumat verilməyib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət zamanı ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.

media-sayt_131761044150_1761045354


Bənzər xəbərlər