Sürücülük kursunda təhqir qalmaqalı: Peşəkar təlim adı altında hörmətsizlik - VİDEO
İnstagram sosial platformasında @suruculukacademy adlı profil vasitəsilə fəaliyyət göstərən, sürücülük təlimləri təklif edən səhifə ilə bağlı xoşagəlməz hadisə yaşanıb.
Patrulaz.az-a daxil olan məlumata görə, kursa müraciət edən bir şəxs təlim barədə sual verdiyi üçün səhifəni idarə edən şəxs tərəfindən təhqirə məruz qalıb.
Təlim kurslarının əsas məqsədi insanlara yol hərəkəti qaydalarını öyrətmək, məsuliyyətli və mədəni sürücülər yetişdirmək olduğu halda, belə davranışların nümayiş etdirilməsi etik və peşəkar prinsiplərə ziddir. Xidmət sahəsində çalışan hər kəs vətəndaşla ünsiyyətdə ədəb və hörmət çərçivəsini qorumalıdır.






