media-inshot_20260520_094638144

Əfqanıstanda uşaq nikahlarını leqallaşdıran və yetkinlik yaşına çatmayan qızların susmasını evliliyə razılıq kimi tanıyan yeni ailə qanunvericilik təsdiqlənib.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, nikah, boşanma və uşaq nikahı ilə bağlı qaydaları müəyyən edən bu qanunvericilik “Həyat yoldaşları arasında ayrılıq prinsipləri” adlı 31 maddəlik fərmandan ibarətdir.

Sənəd “Taliban”ın ali lideri Hibatullah Axundzadə tərəfindən imzalanıb.

Yeni qaydalara əsasən, nikah müzakirəsi zamanı bakirə qızların səssiz qalması rəsmi razılıq işarəsi sayılacaq. Lakin bu norma kişilərə və əvvəllər evli olmuş (dul və ya boşanmış) qadınlara şamil edilmir.Talibandan növbəti QADAĞA: Qızların susması evlilik razılığı sayılacaq!

Fərman müəyyən hallarda yetkinlik yaşına çatmayanlar arasında nikahların kəsilməsinə icazə verir. Sənəddə qeyd olunur ki, ata və babalar azyaşlı uşaqların erkən nikahını tam təşkil etmək və bu barədə qərar vermək hüququna malikdir.

Əgər nikah digər qohumlar tərəfindən təşkil edilibsə, bəyin sosial statusu “uyğun” sayılarsa və verilən başlıq pulu (mehr) dini standartlara cavab verərsə, yetkinlik yaşına çatmayanların evliliyi qanuni hesab olunacaq.

Qanunvericiliyə görə, İslam hüququndakı “Xiyar əl-büluğ” (həddi-büluğa çatdıqda seçim hüququ) prinsipinə əsasən, uşaq yaşda evləndirilən qız yetkinlik yaşına çatdıqdan sonra nikahın ləğvini tələb edə bilər. Lakin bunun üçün “Taliban”ın nəzarətindəki dini məhkəmələrin rəsmi icazəsi tələb olunur.

Xatırladaq ki, Əfqanıstanda qızların altıncı sinifdən sonra təhsil alması, qadınların universitetlərə qəbulu qadağan edilib. Eyni zamanda, onların əmək fəaliyyəti, sərbəst səyahəti və ictimai həyatda iştirakı ilə bağlı kəskin məhdudiyyətlər qüvvədədir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər