Tanınmış aktyorun son halı sevənlərini üzdü
Türk kinosunun ustad simalarından biri olan Kadir İnanır 24 mart 2024-cü il tarixində evində səhhətində yaranan problem səbəbilə xəstəxanaya yerləşdirilmişdi.
Patrulaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, beyinə laxtanın düşməsi nəticəsində əməliyyat olunan 75 yaşlı sənətçi tədbir məqsədilə süni tənəffüs aparatına qoşulmuşdu.
Sağlamlıq vəziyyətinin yaxşılaşması ilə Kadir İnanır 1 aprel tarixində reanimasiyadan çıxarılıb, 4 apreldə isə evə buraxılıb. Evə buraxıldıqdan sonra fizioterapiya müalicəsinə başlayan İnanırın son vəziyyəti ortaya çıxıb.
CHP-nin Ankara millət vəkili Levent Gök sənətçini evində ziyarət edib. O, Kadir İnanırla çəkdirdiyi şəkli sosial media hesabında “Dəyərlərimizdən biri, Türk kinosunun əfsanəsi hörmətli Kadir İnanırla xoş bir görüş keçirdik. Ona sağlam günlər arzulayıram” qeydi ilə paylaşıb.
İnanırın son vəziyyəti gündəmdə geniş yer alıb, xüsusilə də xeyli çəki itirməsi sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb. Sosial mediada “Çox arıqlayıb” kimi şərhlər edilib.
Ləman Sərraf







