media-494703928_1248466736636958_7815003409633538761_n

Tanınmış vəkil Bəhruz Bayramovun evindən oğurluq edilib.

Patrulaz.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, vəkilə məxsus mənzildən oğurluq edilməsi ilə bağlı polisə daxil olan müraciət araşdırılıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Muradov Fariz Murad oğlu saxlanılıb. Oğurlanan əşyalar maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bənzər xəbərlər