Təhlükəli manevrlər edib, sarı işıqda sürətlə keçib iti vurdu – VİDEO
Masallıda lentə alındığı ehtimal edilən bir görüntü sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
Patrulaz.az-ın əldə etdiyi məlumata əsasən “99-SA-826” dövlət nömrə nişanlı avtomobilin sürücüsü magistral yolda kobud qayda pozuntularına yol verib. Təqdim etdiyimiz görüntüdə sürücü yüksək sürətlə hərəkət edərək svetoforun qırmızı işığında keçərək əks yola çıxır və daha sonra isə yolu keçən iti vuraraq heç bir reaksiya vermədən yoluna davam edib. Bu cür məsuliyyətsiz davranış təkcə yol hərəkəti qaydalarının pozulması deyil, eyni zamanda insan həyatına da ciddi təhlükədir.
Vətəndaşlar Daxili İşlər Nazirliyindən bu hadisəni araşdırmağı və qanunvericiliyə uyğun tədbir görülməsi üçün xahiş edirlər.